Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib. Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib.

“Land Cruiser” ağır qəzaya düşdü - Bakıda + Video

Bakının Heydər Əliyev prospektində ağır qəza baş verib.

AzNews.az Baku.ws-yə istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə yerindən çəkilən videodan görünür ki, qəzadan sonra ağ rəngdə "Land Cruiser” markalı avtomobilin ön tərəfi yararsız hala düşüb. Maşın yolu ayıran bardürün üstünə çıxıb. Qəza nəticəsində yol infrastrukturuna ziyan dəydiyi də görünür.

Qəzada xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.