Hadisə rayonun Aşağı Göynük kəndində meydana gəlib. Hadisə rayonun Aşağı Göynük kəndində meydana gəlib.

İşdən gələn atasını qarşılayan oğlanı ilan sancdı - Video

Hadisə rayonun Aşağı Göynük kəndində meydana gəlib.

ARB TV xəbər verir ki, gecə saatlarında evə gələn atasını qarşılamaq üçün həyətə düşən Elnur Ağabalayevi elə bu zaman ayağından ilan sancıb. Onu dərhal Şəki RMX-ya gətiriblər.

Müayinələr zamanı məlum olub ki, sürünən gəncin sol ayağının baş barmağından sancıb.

Lazımi tibbi yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Elnur Ağabalayev (zərərçəkən): "Axşam atam işdən gələndə qabağına çıxdım, qaranlıq idi. Xəbərim olmadı, ilan sancdı".

AzNews.az