Bir neçə dəqiqə əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Bir neçə dəqiqə əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.

Bakının girişində avtomobil yanır: ölən var

Bir neçə dəqiqə əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.



Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Salyan şosesində minik avtomobili idarəetmədən çıxıb və yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Zərbənin gücündən avtomobildə olan bir nəfər şüşədən bayıra düşüb və yerindəcə keçinib. Az sonra isə avtomobil yanmağa başlayıb.

Maşının içində kimsənin olduğunu hələlik müəyyən etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları hələ gəlməyiblər.

AzNews.az