Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan raket aşkarlanıb. Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan raket aşkarlanıb.

Cocuq Mərcanlıda raket aşkarlandı

Cocuq Mərcanlıda tank əleyhinə idarə olunmayan raket aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 19-25 iyun tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən keçirilən əməliyyat barədə həftəlik operativ məlumat yayıb.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 19-25 iyun tarixlərində 7 960 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 184 735 kv.m (18.47 ha) ərazi tam təmizlənib, 78 200 kv.m (7.82 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

AzNews.az