Qazax məktəbində bomba həyacanı

Qazax rayonunda məktəbə bomba qoyulması barədə polisə məlumat daxil olub. Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dünən saat 16 radələrində naməlum şəxs şöbəyə zəng vuraraq rayonun 1 saylı orta məktəbinə bomba qoyulması barədə məlumat verib. Dərhal hüquq-mühafizə orqanı əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstəsi məktəbdə axtarışlara başlayıblar. Binada heç bir partlayıcı qurğu aşkarlanmayıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri zamanı zəng edən şəxsin rayon sakini, 1995-ci il təvəllüdlü Bayramov Həsrət Zirəddin oğlu olduğu müəyyən edilib. Həmin şəxs polis tərəfindən saxlanılıb. H. Bayramovun ruhi xəstə olduğu bildirilir.

AzNews.az