Zərdab Gigiyena və Epidemiologiya Mərkəzində yanğın

Dünən gecə saat 03:10 radələrində Zərdab rayonunda yanğın hadisəsi baş verib. Yanğın Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 280 kv.m olan birmərtəbəli Gigiyena və Epidemiologiya Mərkəzinin anbarında qeydə alınıb.

AzNews.az-ın Zərdab rayonundan aldığı məlumata görə, yanğın elektrik cərəyanında baş verən qısa qapanma nəticəsində baş verib. Qeyd edək ki, sözügedən mərkəzin anbarı tamam sıradan çıxıb, binanın dam örtüyünə heç bir zərər dəyməyib.

Bahar Rüstəmli
AzNews.az