Fevralın 12-də Azərbaycan yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş verib. Fevralın 12-də Azərbaycan yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza: 5 ölü, 11 yaralı

Fevralın 12-də Azərbaycan yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş verib.



Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalar nəticəsində 5 nəfər ölüb, daha 11 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Ölümlə nəticələnən qəzaların çoxu Bakıda qeydə alınıb ki, Nəsimi və Qaradağ rayonlarındakı hadisələrdə 1, Nizami rayonunda piyadaların vurulması olayında isə 2 nəfər həyatını itirib. Digər ağır qəza isə Ucar rayonunda baş verib.

Hər bir fakta görə araşdırmalar aparılır.

AzNews.az