Bu gün (13.02.2013) birinci təyyarə reysi ilə Bakıya üçmaq istəyən Vəkil Xalid Bağırov Naxçıvan Hava limanında saxlanılıb Bu gün (13.02.2013) birinci təyyarə reysi ilə Bakıya üçmaq istəyən Vəkil Xalid Bağırov Naxçıvan Hava limanında saxlanılıb

Vəkil hava limanında saxlanıldı

Bu gün (13.02.2013) birinci təyyarə reysi ilə Bakıya üçmaq istəyən Vəkil Xalid Bağırov Naxçıvan Hava limanında saxlanılıb



Vəkilin bildirdiyinə görə, o qeydiyatdan keçdikdən sonra təyyarəyə minərkən MR DİN-in əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən vəkillə kobud davranılıb, pasportu və telfonu əlindən alınıb. Ondan sahibkar Məmməd Qurbanovun və onun kürəkəni Nadir Məmmədovun məhkəməsində sona qədər oturmaq tələb olunub.

Qeyd edək ki, dekabrın 8-də Sədərək Gömrük Məntəqəsində həbs olunaraq barələrində 2 ay müddətə həbs qəti imkan tədbiri seçilən, AR Cinayət məcəlləsinin 315.1, 221.2 maddələri ilə təqsirli bilinən, Sahibkar Məmməd Qurbanov və AR Cinayə Məcəlləsinin 315.2 və 221.3 maddələri ilə təqsirili bilinən kürəkəni Nadir Məmmədovun 10-fevralda məhkəməsi başlayıb.

Məhkəmədə onları vəkil Xalid Bağırov müdafiə edirdi. 12-də keçirilən məhkəmə prosesində Nadir Məmmədov və Məmməd Qurbanov məhkəmənin qərəzli, bir tərəfli, qeyri obyektiv və vəkilin müdafiə imkanlarının əlindən alındığını, müdafiə tərəfin dəlillərinin, şahidlərinin. vəsatətlərinin qəbul olunmamasını əsas gətirərək, yazılı şəkildə vəkilin məhkəmədə iştirakını məhdudlaşdırmışdı.

Mühakimə olunanan şəxslər isə sualları cavablandırmaqdan imtina edərək məhkəmədə danışılanların onlara aid olmadığını bildirmişdilər. Vəkil Xalid Baxırov isə bu gün məhkəmədə iştirak etməməsi ilə bağlı teleqram vuraraq Bakıya qayıtmaq haqda qərar vermişdi.

Hazırda Məhkəmə başlayıb və Vəkil Xalid Bağırov məcburiyyət qrşısında prosesdə işdirak edir.


AzNews.az