15:45
(077) 610-22-33

Ata ilə oğlu Kür çayında boğuldu

  • >
9 048 18 İyul 14:13 | Hadisə

Hacıqabul rayonunda ata ilə oğul Kür çayında batıb.

Hadisə rayonun Talış kəndində baş verib.

Sözü gedən kəndin sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Kür çayında batan Bəxtiyar Ağavəli oğlu Qəhrəmanov və onun oğlu Fuad Bəxtiyar oğlu Qəhrəmanovdur: “Kür çayı onların evinin yanından keçir. Ata-bala çimərkən batıblar”.

Kənd sakinləri bildiriblər ki, hazırda Kür çayında batanların axtarışları davam edir.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X