Tovuz rayon Mərkəzi Xəstəxanası yemişdən zəhərlənmə faktına aydınlıq gətirib. Tovuz rayon Mərkəzi Xəstəxanası yemişdən zəhərlənmə faktına aydınlıq gətirib.

2 yaşlı uşaq yemişdən zəhərlənib? - Xəstəxanadan açıqlama

Tovuz rayon Mərkəzi Xəstəxanası yemişdən zəhərlənmə faktına aydınlıq gətirib.

Xəstəxananın həkimi Aybəniz Dəmirova AzNews.az-a açıqlamasında bildirib ki, rayonun Dönük Qırıqlı kənd sakini, 2015-ci il təvəllüdlü Hüseynov Ayxan Vaqif oğlunda zəhərlənmə faktı aşkarlanmayıb:

“Uşağa mən baxmışam. O, zəhərlənməyib. Gecəni səhərə kimi üstü açıq yatıb, soyuq olub. Üstəlik yemiş və dolma yeyib, iki dəfə qusma halı baş verib. Müayinə zamanı məlum oldu ki, uşaq soyuqlayıb”.

Tovuzda zəhərlənmə olub. APA-nın məlumata görə rayonun Dönük Qırıqlı kənd sakini, 2015-ci il təvəllüdlü Hüseynov Ayxan Vaqif oğlu zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Uşaq yemiş yedikdən sonra onda zəhərlənmənin olduğu bildirilib

Bahar RÜSTƏMLİ

AzNews.az