Kürdəmirdə yanğın baş verib. Kürdəmirdə yanğın baş verib.

Kürdəmirdə 7 otaqlı ev, tövlə və yük avtomobili yandı

Kürdəmirdə yanğın baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Xirdapay kəndində vətəndaşa məxsus (bir-birinə bitişik tikilmiş tikililər) ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 120 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 20 ton ot bağlaması, ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və yaxınlıqda dayanmış "QAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Tövlənin qalan hissəsi, yaxınlıqda olan tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.