Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

3 yaşlı qızı maşın vurdu

Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.

Ağdaşın Şəmsabad kənd sakini Hacıyev Muxlis Oqtay oğlu 10-KV-122 dövlət nömrə nişanlı, "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan azyaşlını, 2014-cü il təvəllüdlü Mirzəliyeva Şəlalə Rasim qızını vurub.

Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az