Döyülmə hadisəsi Masallı rayonunda qeydə alınıb. Döyülmə hadisəsi Masallı rayonunda qeydə alınıb.

25 yaşlı qadını qonşusu döydü - Video

Döyülmə hadisəsi Masallı rayonunda qeydə alınıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Səmidxan kəndində baş verib. Kənd sakini Könül Ağayeva yaşadığı evdən bir qədər aralıda kəndin girəcəyində qonşusu Aqşin Əliyev tərəfindən döyülüb. Könül Ağayeva deyir ki, qarşı tərəfin ona hücum etməsinin səbəbini bilmir.

Zərərçəkmiş Könül Ağayeva bacısı Sevil Əliyeva və digər kənd sakinlərinın köməyi ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanaya aparılan zərərçəkənə burun sümüyünün sınığı diaqnozu qoyularaq ambulator müayinəyə evə buraxılıb.

Faktla bağlı Masallı Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.