Elmar Vəliyevin xəstəxanaya düşməsi hansı rüsvayçı olayla yadda qaldı? Elmar Vəliyevin xəstəxanaya düşməsi hansı rüsvayçı olayla yadda qaldı?

“Qudurğan məmur övladı“ tibb bacısını ölümcül döydü

Elmar Vəliyevin xəstəxanaya düşməsi hansı rüsvayçı olayla yadda qaldı?


AzNews.az-a daxil olan məlumata görə, fevralın 12-də Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınları ilə tibb bacısı arasında insident baş verib. Belə ki, həmin gün yüksək vəzifəli bir məmur xəstəxanaya gətirilib və yanında olan oğlu təcili surətdə atasına yardım göstərilməsini tələb edib.

Həkimlərin ilkin müdaxiləsindən sonra xəstənin vəziyyətinin stabilləşməsi üçün ona inyeksiya edilməsi tibb bacısına tapşırılıb. Ancaq tibb bacısının ləng hərəkət etdiyini görən məmur oğlu qadının döyməyə başlayıb. Tibb bacısı huşunu itirib. Sən demə, o hamilə imiş. Və aldığı zərbələrdən onun hamilələyi pozulub.

Lakin hadisə gözlədilib və tibb bacısından şikayətçi olmaması tələb olunub.

İnsidentlə bağlı məlumat almaq istədiyimiz MKX-nın Marketing, İnformasiya və Xalqla əlaqələr şöbəsindən AzNews.az-a bildirilib ki, sualları cavablandırmaq səlahiyyəti mətbuat əlaqələndiricisi Şəhla Bağırovaya məxsusdur. Ş.Bağırovanın isə iclasda olduğu vurğulanıb.

Tibb bacısını döyən gəncin hansı məmurun oğlu olduğuna gəlincə isə, xatırladaq ki, insident baş verən gün, yəni fevralın 12-də xəstəxanaya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin gətirildiyinə dair məlumat yayılmışdı. Əvvəlcə məlumat təkzib edilsə də, sonradan xəstəxananın stansionar şöbəsindən 1960-cı il təvəllüdlü Elmar Rüstəm oğlu Vəliyevin klinikaya gətirildiyi təsdiqlənmişdi.

Elmar Vəliyevin vəziyyətinin prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra pisləşdi də yayılan xəbərlər arasında idi.


Elnur
AzNews.az