Ötən gecə Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Ötən gecə Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bakı metrosunda həyəcanlı anlar - İşə polis qarışdı

Ötən gecə Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Üç gənc "Həzi Aslanov" - "Dərnəgül" stansiyası üzrə hərəkət edən qatarın hərəkətini dayandırıb. Belə ki, gənclər qatarda bir qadın sərnişinin yanında əyləşib. Qadın gənclərin ona sataşdığını bildirib.

Məsələyə polis qarışıb. Yalnız bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gəncləri qatardan çıxarda bilib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, hadisə sözü gedən xətti üzrə hərəkət edən 32 saylı qatarda baş verib.

"Gənclər qadına sataşıb. Nəticədə onların arasında mübahisə yaranıb. Hadisənin böyüməməsi üçün qatar "Koroğlu" stansiyasında saxlanılıb və gənclərin 3-də polis orqanlarına təhvil verilib".

Bahar RÜSTƏMLİ

AzNews.az