Masallı rayon sakinini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb. Masallı rayon sakinini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

33 yaşlı kişini qətlə yetirən şəxs tutuldu

Masallı rayon sakinini bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gün rayonun Şatroba kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin həmkəndlisi, 1999-cu il təvəllüdlü Qorxmaz Əmir oğlu Hüseynzadə olduğu müəyyən edilib. Q.Hüseynzadə şübhəli şəxs qismində saxlanılıb. Hadisəyə səbəb kimi T.Quliyevin ona söyüş söyməsi göstərilir.

Qeyd edək ki, kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev dünən bıçaq xəsarətləri ilə ağır vəziyyətdə kənd stadionunun yaxınlığında tapılıb. Xəstəxanaya aparılsa da, onu xilas etmək olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az