02:24
(077) 610-22-33

17 yaşlı oğlan Kürdə boğuldu

  • >
1 813 3 Avqust 2017 17:09 | Hadisə

Kür çayında 17 yaşlı yeniyetmə boğulub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Sabirabadla Şirvan şəhərini birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb. Burada Şirvan şəhər sakini, 17 yaşlı Ağamurad Hidayət oğlu Bayramov çayda çimərkən suda bataraq boğulub. Hadisə yerinə dalğıc-xilasedicilər cəlb edilib. Çayda meyitin axtarışı davam etdirilir.

AzNews.az

Bağla X