Şəki rayonunda 40 yaşlı qadını ilan sancıb. Şəki rayonunda 40 yaşlı qadını ilan sancıb.

40 yaşlı qadını ilan sancdı

Şəki rayonunda 40 yaşlı qadını ilan sancıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Çələbixan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Zeynəb Əliabbas qızı Məmmədova ayağından ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Reanimasiya şöbəsinə yerləşdirilən Zeynəb Məmmədova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

AzNews.az