Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub. Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.

Cərimə meydançasında yanğın - Avtomobillərə ziyan dəydi

Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus 6 saylı cərimə meydançasında yanğın olub.

AzNews.az “APA”ya istinadən verir ki, meydançada saxlanılan, “Chevrolet” markalı, 10 PK 486 dövlət nömrə nişanlı avtomobil yanıb. Yanğın nəticəsində həmin avtomobilin yaxınlığında olan “Ford” və “Toyota” markalı maşınlara da ziyan dəyib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az