Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Ford”la “VAZ 2107” toqquşdu - Ölən var

Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford" markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzNews.az