Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var. Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var.

Lənkəranda ağır qəza - 2 ölü, 5 yaralı

Lənkəranda ağır qəza baş verib, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" və "Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ölən şəxslərin "VAZ"-ın sürücüsü və sərnişini olduğu bildirilir.

Xəsarət alanlar - Astara sakini 1984-cü il təvəllüdlü Süleymanov Rüstəm Tarif oğlu (“Mercedes”in sürücüsü), Sumqayıt sakinləri 1980-ci il təvəllüdlü Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Mikayılova İradə və Lənkəran rayon sakini Əlizadə Elməddin Cabbar oğludur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.