Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub. Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.

61 yaşlı qadını avtomobil vurdu

Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub.

Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az