00:05
(077) 610-22-33

2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı qəzanın görüntüləri - Video

  • >
2 749 16 Avqust 2017 20:18 | Hadisə

Lənkəranda idarəetməni itirən sürücü əvvəlcə heyvanı vurub, daha sonra isə digər bir avtomobillə toqquşub.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara yolunun Liman şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayonu istiqamətində hərəkətdə olan Astara sakini, 33 yaşlı Rüstəm Süleymanovun idarə etdiyi "Mercedes", Lənkəran sakini Kamran Xudiyevin idarə etdiyi "VAZ"la toqquşub.

Qəza nəticəsində "VAZ"-ın sürücüsü Kamran Xudiyev və 45 yaşlı Səbirə Əlimirzəyeva hadisə yerində dünyasını dəyişib.

"Mercedes"in sürücüsü, sərnişinləri - Sumqayıt şəhər sakinləri 37 yaşlı Solmaz Hüseynova, 33 yaşlı İradə Mikayılova, "VAZ"-ın sərnişinləri Elməddin Əlizadə və Facir Əlimirzəzadə təcili tibbi yardım avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlardan Facir Əlimirzəzadənin vəziyyəti ağır olaraq qalır.

Hadisə zamanı avtomaşında sıxılmış vəziyyətdə qalan "VAZ"-ın sürücüsünün cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Bağla X