Şirvanda qətl törədilib. Şirvanda qətl törədilib.

Şirvanda qətl

Şirvanda qətl törədilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər sakini Əvəz adlı şəxsi (soyadı hələlik məlum deyil) bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona baxış keçirilərkən aldığı xəsarətdən öldüyü məlum olub.

Araşdırmalar zamanı hadisənin Şirvan sakini Məmmədov Anar Malik oğlu tərəfindən törədildiyi müəyyənləşib. Belə ki, A. Məmmədovla həmin şəxs arasında mübahisə düşüb. Dünyasını dəyişən şəxs A. Məmmədovu silahla hədələyib. Bu zaman A. Məmmədov üzərindəki bıçaqla ona xəsarət yetirib. O, daha sonra yaralını xəstəxanaya çatdırıb və polisə təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az