Paytaxtda restoranda yanğın olub. Paytaxtda restoranda yanğın olub.

Bakıda restoran yanıb

Paytaxtda restoranda yanğın olub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Nizami rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 kvadratmetr olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 4 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.