Ağstafa rayonunda yol qəzası baş verib. Ağstafa rayonunda yol qəzası baş verib.

Avtomobillər toqquşdu - Ana-bala xəsarət aldı

Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan Respublikası avtomobil yolunun Ağstafa rayonu ərazisində qeydə alınıb.

Gürcüstandan Bakıya doğru hərəkətdə olan "Mercedes" markalı avtomobil "Priora" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes"də olan ana - 43 yaşlı Şərqiyyə Bəşirova, onun qızı, 19 yaşlı Rəfiqə və 16 yaşlı Gülnar Bəşirovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Şərqiyyə Bəşirovanın vəziyyəti ağır olaraq qiymətləndirilir. Avtomobilin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağla araşdırma aparılır.

AzNews.az