Ötən gün Mingəçevir şəhərində, 20 Yanvar küçəsindəki 4 mərtəbəli yarımçıq tikilidə tapılmış meyitin kimliyi məlum olub. Ötən gün Mingəçevir şəhərində, 20 Yanvar küçəsindəki 4 mərtəbəli yarımçıq tikilidə tapılmış meyitin kimliyi məlum olub.

Mingəçevirdə tapılmış kişi meyitinin kimliyi məlum olub

Ötən gün Mingəçevir şəhərində, 20 Yanvar küçəsindəki 4 mərtəbəli yarımçıq tikilidə tapılmış meyitin kimliyi məlum olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, meyitin şəhər sakini, 1971-ci il təvəllüdlü Nəsrullayev İrfan Əhliman oğluna məxsus olması müəyyənləşdirilib.

Onun içki düşkünü olduğu, bu səbəbdən yaxınlarından ayrı yaşadığı bildirilir. İ.Nəsrullayev hər axşam sərxoş vəziyyətdə 20 Yanvar küçəsindəki dördmərtəbəli yarımçıq tikilidə gecələyib. İlkin məlumata görə, onun ölümünə zəhərlənmə səbəb olub.

Mərhumun həm də xəstəlikdən əziyyət çəkdiyi bildirilir.