Bakıda 19 yaşlı qızı avtomobil vurub. Bakıda 19 yaşlı qızı avtomobil vurub.

19 yaşlı qızı “Honda” vurdu

Bakıda 19 yaşlı qızı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.

Su İdman Sarayının qarşısından yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Hacıyeva Aynur Samir qızını "Honda" markalı avtomobil vurub. Xəsarət alan A.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az