Göyçay rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub. Göyçay rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

25 yaşlı oğlan baldızının nişanlısını öldürdü - Dəhşətli təfərrüat (Yenilənib + Foto)

Göyçay rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Ötən gecə qayınatasının evində bıçaqlanaraq öldürülən Müşfiq Əkbərovun atası Nizami Əkbərov APA-nın yerli bürosuna bildirib ki, oğlunu bacanağı Pərviz Əbdülrəhmanov bıçaqlayaraq qətlə yetirib.

N. Əkbərov bildirib ki, gecə saat 1:00 radələrində oğlunun nişanlısı zəng edərək evlərində dava baş verdiyini bildirib və onu təcili olaraq öz evlərinə köməyə çağırıb. “Qız deyib ki, bacısının əri Pərviz narkotik və spirtli içki qəbul edərək onların evinə hücum edib və bacısını, atasını və anasını döyür. Müşfiq qayınatasıgilə gedib və Pərvizi sakitləşdirmək istəyərkən onun hücumuna məruz qalıb. Pərviz Müşfiqi ürəyindən bıçaqlayaraq amansızlıqla qətlə yetirib. Mənim oğlum heç bir günahı olmadan qətlə yetirilib. Sakit adam idi, heç kimlə dava edən deyildi. Nişanlısının çağırışı ilə qayınatasıgilə gedən kimi öldürülüb. Oğlum Göyçay rayon Qaz İstismarı İdarəsində işləyirdi. Müşfiq qızla bu ilin fevralında nişanlanmışdı, toy mərasiminə hazırlaşırdıq. Oğlumun bacanağı Pərvizin ailəsində tez-tez söz-söhbət olurdu. Pərvizin həyat yoldaşı uşağını götürüb atasıgilə getmişdi. Pərviz də yoldaşına görə qayınatasının evinə gedərək dava edərkən bu qətl hadisəsi baş verib”.

Qeyd edək ki, ötən gecə Göyçay şəhər sakini 1992-ci il təvəllüdlü Əbdulrəhmanov Pərviz Şahin oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Göyçay şəhəri sakini, 1989-cu il təvəllüdlü Əkbərov Müşfiq Nizami oğlunu bıçaqlayıb. Döş qəfəsindən və qarın boşluğundan ağır xəsarətlər alan Müşfiq Əkbərov Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq yaralı orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

11:49

Göyçay rayonunda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayon sakini baldızının nişanlısını qətlə yetirib.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Şahin oğlu Əbdulrəhmanov münaqişə zəminində həmyerlisi 1989-cu il təvəllüdlü Müşviq Nizami oğlu Əkbərovu bıçaqlayaraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az

image description image description