Bu gün axşam saatlarında bəzi saytlarda və sosial şəbəkələrdə İmişli rayonunda aksiya gözlənilməsi barədə xəbərlər yayılıb Bu gün axşam saatlarında bəzi saytlarda və sosial şəbəkələrdə İmişli rayonunda aksiya gözlənilməsi barədə xəbərlər yayılıb

“İmişlidə tam sakitlikdir“

Bu gün axşam saatlarında bəzi saytlarda və sosial şəbəkələrdə İmişli rayonunda aksiya gözlənilməsi barədə xəbərlər yayılıb


Xəbərlərə görə, Beyləqan rayonundan və Bakıdan rayona əlavə polis qüvvələri çağırıldığı da qeyd edilib.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev lent.az-a bildirib ki, rayonla bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur: "Yenə də kimlərsə şayiələr yaymaqla məşğuldur. İmişlidə tam sakitlikdir. Aksiyaya əsas verəcək heç bir hadisə baş verməyib. Rayonda tam sakitlikdir, hər kəs öz işi ilə məşğuldur".

İcra başçısı rayona əlavə polis qüvvələrinin cəlb edilməsi ilə bağlı məlumatların da yanlış olduğunu bildirib: "Heç bir rayondan, ya da mərkəzdən kömək istəməmişik. Buna heç bir ehtiyac da yoxdur. Rayon polisi adi iş qaydasında fəaliyyətini davam etdirir. Rayonda tam sakitlikdir".