Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Mingəçevirdə ağır qəza - 4 nəfər yaralandı

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, “Toyota Prado” və “Kia” markalı minik avtomobilləri toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Ağır vəziyyətdə olan yaralılar - Yevlax rayon sakinləri, 1997-ci il təvəllüdlü Şəmsi Qabil oğlu Aslanov və 1997-ci il təvəllüdlü Telman Natiq oğlu Əsgərov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Digər iki yaralıya isə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.