Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər su hovuzunda boğulub. Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər su hovuzunda boğulub.

1 nəfər su hovuzunda boğuldu - Bakıda

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər su hovuzunda boğulub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:50-də başa çatıb.