İsmayıllı rayonunda kütləvi dava olub. İsmayıllı rayonunda kütləvi dava olub.

"Dedi ki, yaxşı edirəm, söyüb bıçaqladı" - İsmayıllıda kütləvi dava (Video)

İsmayıllı rayonunda kütləvi dava olub.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində baş verib.

46 yaşlı Seyfi Hacıyev, 70 yaşlı Arif Hacıyev və 31 yaşlı Aqil Mustafayev Elşən Səfərov tərəfindən bıçaqlanıb. Dava zamanı Elşənin dostu Nemət Salmanov da xəsarət alıb.

Seyfi Hacıyev (bıçaqlanan şəxs) : "Meşədən gəlirdim, Nemət adlı oğlan maşınla az qala nəvələrimin üstündən keçəcəkdi. Dedim ki, yeyib-içib camaatın üstündən keçməyə gəlmisən? Dedi ki, yaxşı edirəm, hara istəyirsən de. Bu getdi Elşən adlı oğlanı gətirdi. O, gəlib bizi söydü. Sonra bizi bıçaqladı".

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, E.Səfərov sərxoş olub. Faktla bağlı araşdırma aparılır.