Tanınmış aşığın maşını cərimə meydançasına aparıldı

Bakıda yol polisinin keçirdiyi reyd zamanı Aşıq Əlinin idarə etdiyi "Lexus" markalı 10 OD 030 dövlət nişanlı maşın saxlanılaraq, cərimə meydançasına aparılıb.

Aşıq Əli AzNews.az-a açıqlamasında aftomobilinin Dövlət Yol Polisi işçiləri tərəfindən saxlanıldığını təsdiqlədi:

"Maşın əlimdən alınıb cərimə meydançasına aparıldı. Və qanun çərçivəsində cərimə meydançasından çıxardım. 50 manat də cərimə ödədim. Qanunauyğun olaraq maşınımın şüşəsindəki plyonka da söküldü. Bizim borcumuz qanunlara əməl etməkdir."

Bahar Rüstəmli
AzNews.az