09:59
(077) 610-22-33

Azərbaycanda hüquq-müdafiəçisinə sui-qəsd oldu

  • >
335 18 Fevral 2013 11:39 | Hadisə

Son zamanlar mətbuatda adı mütəmadi olaraq polislə qarşıdurmada hallanan hüquq müdafiəçisi Musa Rahimi dünən axşam saatlarında "Kamaz" markalı yük maşını vurub.

Bu haqda Avropa.info-ya hüquq müdafiəçisinin qohumları məlumat veriblər. Onların dediyinə görə, Musa Rahim gecə saatlarında İmişli rayonundakı Araz çayının üzərindəki körpüdən keçərkən "Kamaz" markalı yük avtomobili onu vurub. Zərbə nəticəsində hüquq müdafiəçisi yolun kənarına yuvarlanıb. Musa Rahim ciddi xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Musa Rahimi xəstəxanaya hadisənin şahidləri aparıblar. Hüquq müdafiəçisinin səhhəti ağır, stabil olaraq qalır.

Qəzanı törədən yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Hüquq müdafiəçilərinin qohumları hadisənin sui-qəsd olduğunu iddia edirlər.

AzNews.az
Bağla X