Beyləqan rayonu ərazisində yük maşını qəza törədib. Beyləqan rayonu ərazisində yük maşını qəza törədib.

Yük maşını aşdı- Sürücünü FHN əməkdaşları qurtardı

Beyləqan rayonu ərazisində yük maşını qəza törədib.

FHN-dən AzNews.az-a verilən məlumata görə, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Lalə Nurəddinqızı

AzNews.az