- Köhnə - Hadisə
- 19 Fevral 2013 12:08
- 1 737
Dələduzluqda təqsirləndirilən hüquq müdafiəçisi məhkəmədə son söz deyib
APA-nın məlumatına görə, prosesdə B. Məmmədov son sözlə çıxış edib. O, elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.Proses fevralın 21-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaxınlığında yaşayan hərbçilərin hüquqlarını müdafiə edən B. Məmmədov Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayətinə əsasən, saxlanılıb. B. Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. 2011-ci il dekabrın 30-da Səbayel rayon Polis İdarəsinə çağırılan B. Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra isə B. Məmmədova daha bir maddə - Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.
Onu da qeyd edək ki, ötən proses çıxış edən dövlət ittihamçısı B. Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
AzNews.az