Partiya başqanı siyahısı tutulan əşyaların hamısının ona məxsus olduğunu deyib Partiya başqanı siyahısı tutulan əşyaların hamısının ona məxsus olduğunu deyib

İsa Qəmbərin evindəki əşyalar siyahıya alındı

Partiya başqanı siyahısı tutulan əşyaların hamısının ona məxsus olduğunu deyib


Nəsimi rayonunun məhkəmə icraçıları Müsavat Partiyasının başqanı İsa Qəmbərin evindəki əşyaları siyahıya alıblar. "Qafqazinfo" xəbər verir ki, icraçılar artıq partiya başqanının evini tərk ediblər. Oğlu Turqut Qəmbərin cəriməsinə görə İsa Qəmbərin evində 7 əşya siyahıya alınıb və akt tərtib edilib.

Qeydə alınan əşyaların siyahısı:

1 ədəd işlək olmayan musiqi mərkəzi
2 ədəd işlənmiş televizor
1 ədəd noutbook
1 ədəd kondisioner
1 ədəd köhnə çilçıraq
1 köhnə xalça


İsa Qəmbər siyahısı tutulan əşyaların hamısının ona məxsus olduğunu deyib və tərtib olunan akta icraçıların bu addımının qanunsuz olduğunu yazıb.

Turqut Qəmbərin cərimə olunması ilə bağlı iki məhkəmə qərarı var. Bu məhkəmə qərarlarından biri 12 yanvar, digəri isə 26 yanvar aksiyası ilə bağlıdır. İki aksiyaya görə o, ümumilikdə 3 min manat cərimə olunub.

AzNews.az