Masallı rayonunda ötən gün döyülən şəxs xəstəxanada ölüb. Masallı rayonunda ötən gün döyülən şəxs xəstəxanada ölüb.

30 yaşlı kişi bibisi oğlu tərəfindən döyüldü - Öldü

Masallı rayonunda ötən gün döyülən şəxs xəstəxanada ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Qızılağac kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Afiq Rafiq oğlu Allahverdiyev dayısı oğlu Vüsal Rüfət oğlu Hüseynov tərəfindən döyülüb. Ağır vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Allahverdiyev orada dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb. Fakt araşdırılır.

AzNews.az