Bakıda dəhşətli intihar hadisəsi baş verib. Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Bakıda dəhşətli intihar - Özünü 17-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, naməlum şəxs özünü Nəsimi rayonu ərazisində, Akademik Mirəli Qaşqay küçəsi 36 ünvanındakı 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib. İntihar edən şəxsin 30-35 yaşlı kişi olduğu və həmin ünvandakı binada yaşamadığı bildirilir.

Hadisə şahidləri bildiriblər ki, həmin şəxs sakinlərdən birinin kodlu qapını açaraq binanın dəhlizinə daxil olması zamanı fürsətdən istifadə edərək içəri keçib və vaxt itirmədən liftlə yuxarı qalxaraq özünü atıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, intihar edən şəxsin kimliyi dəqiqləşdirilir.

AzNews.az