Lənkəran Rayon Mərkəzi Xəstəxanasından tələbənin vəziyyətinin ağır olduğu bildirilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından tələbənin vəziyyətinin ağır olduğu bildirilib.

Bıçaqlanan tələbənin vəziyyəti ağırdır - “Sağ qasıq nahiyəsinin damarı kəsilib”

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından tələbənin vəziyyətinin ağır olduğu bildirilib.

Xəstəxananın baş həkiminin müavini Əbülfət Məmmədov AzNews.az-a bildirib ki, Zəka Həmidov sağ qasıq nahiyəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə gətirilib:

“Xəstə çoxlu qan itirib. Qasıq nahiyəsində damar kəsilib. Bu üzdən təcili qan köçürüldü. Gözlədik ki, vəziyyəti stabilləşsin. Ancaq ondan sonra xəstəni əməliyyat otağına apara bildik. Hazrda əməliyyat olunur. Onun 19 yaşı var, özü də Lənkəranın kəndindəndir”.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin tələbəsi Zəka Həmidov bu gün səhər saatlarında universitetin məzunu olmuş Elçin Baxşıyev tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Bahar RÜSTƏMLİ

AzNews.az