Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb. Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.

Xaçmazda meşə yanğını söndürüldü - Yenilənib

Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında başlamış yanğın söndürülüb.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.