Son günlər küçə itlərinə qarşı qəddar münasibət narahatlıq yaradır. Son günlər küçə itlərinə qarşı qəddar münasibət narahatlıq yaradır.

Bakıda qırda yandırılan it belə xilas edildi - Video

Son günlər küçə itlərinə qarşı qəddar münasibət narahatlıq yaradır.

AzNews.az xəbər verir ki, Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi üzərinə qır tökülərək yandırılan balaca it balasını xilas edib. Zorakılığa məruz qalan bala it mərkəzdə müəyyən vaxtda reabilitasiya keçib. Tamamilə sağalan itin artıq ailəsi də var. Heyvansevərlərdən biri sahibsiz it balasına sahiblənərək onu himayəsinə götürüb.

Təəssüf ki, cəmiyyətdə heyvanlara zülm və əziyyət edən, onlara oyuncaq və ya keçici bir həvəs kimi baxan adamlara da rast gəlinir. Lakin unutmayaq yaxşı, mərhəmət və şəfqət dolu insanlarımız da az deyil.

Lalə Nurəddinqızı

AzNews.az