Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində baş verən yanğın zamanı polis əməkdaşı xəsarət alıb. Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində baş verən yanğın zamanı polis əməkdaşı xəsarət alıb.

Yasamalda yataqxana yandı - 10 nəfər təxliyyə olundu + Yenilənib

Bu gün saat 10 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində baş verən yanğın zamanı polis əməkdaşı xəsarət alıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T.Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda həmin xəstəxanada müalicəsi davam etdirilir.

***

10:43

Yasamal rayonunda yataqxana binasında yanğın olub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda yataqxana binasında yanğın baş verib. İlkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı binadan 10 nəfər təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.