Şəkidə 40 yaşlı qadını ilan sancıb. Şəkidə 40 yaşlı qadını ilan sancıb.

40 yaşlı qadını ilan sancdı

Şəkidə 40 yaşlı qadını ilan sancıb.

AzNews.az “APA”ya istinadən xəbrə verir ki, Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 22-i saat axşam saat 17 radələrində rayonun İkinci Biləcik kənd sakini, 1977-ci il təvəllüdlü Məkkə Camal qızı Əmrahova ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 40 yaşlı Məkkə Əmrahovanı yaşadığı kəndin inzibati ərazisinə məxsus əkin sahəsində işləyərkən ilan qəfildən onun sağ ayağının baldır nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məkkə Əmrahovaya lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Məkkə Əmrahovanın vəziyyətinin orta-stabil olduğu bildirilir.

AzNews.az