00:09
(077) 610-22-33

Gülər Əhmədovanın şikayəti rədd edildi

  • >
239 20 Fevral 2013 10:33 | Hadisə

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya vəkili Eldar Qədimi məlumat verib. E. Qədimi apellyasiya şikayətinin təmin olunmadığını bildirib.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.

AzNews.az
Bağla X