14:43
(077) 610-22-33

Şamaxıda partlayış: 5 nəfər xəsarət alıb

  • >
169 20 Fevral 2013 10:34 | Hadisə

Şamaxı rayonunda mənzildə baş verən partlayış 5 nəfərin ağır xəsarət alması ilə nəticələnib.

Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 6:00 radələrində Şamaxının Mədrəsə qəsəbəsində qeydə alınıb. 1951-ci il təvəllüdlü Şakirov Kamal Ələddin oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan iki mərtəbəli evdə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı Kamal Şakirov və həyat yoldaşı, 1951-ci il təvəllüdlü Şakirova Məhburə Şahzadə qızı, qardaşı 1962-ci il təvəllüdlü Şakirov Zakir Ələddin oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Şakirova Nəzirə Mirəz qızı və nəvəsi 2011-ci il təvəllüdlü Şakirova Rumaysə Mustafa qızı müxtəlif dərəcəli yanıq xəsarətləri və ağır kəllə beyin travması, sınıq xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, səhər saatlarında namaz qılmaq üçün ayağa qalxan ev sakinləri qaz sızmasından xəbərsiz olublar və işığı yandırarkən partlayış baş verib. Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X