Əvəz Zeynallının məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə bu günə təyin edilən məhkəmə prosesi fevralın 28-nə keçirilib. Vəkil Elçin Sadıqovun Turan-a verdiyi məlumata görə, buna hakimlərdən birinin xəstə olması səbəb olub. Bugünkü prosesdə müdafiə tərəfi çıxış etməli idi.

Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) 311.3.4. (hədə-qorxu tətbiq olunmaqla törədildikdə ), 213. (vergi ödəməkdən yayınma),306 (məhkəmə hökmünü, qərarını, yaxud digər aktı icra etməmə) maddələri ilə ittiham olunur.

O, keçmiş deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. G.Əhmədova özü də hazırda dələduzluqda ittihamı ilə həbs olunub. Bununla belə, prokuror məhkəmədən Ə.Zeynallının 11 il azadlıqdan məhrum edilməsini istəyib.