Bakı metrosunun fəaliyyətində yarım saatlıq fasilə

Əməkdaşımızın verdiyi xəbərə görə hazırda Bakı Metropoliteninin işində problem yaranıb və "Nərimanov" stansiyasında olan əməkdaşımızın verdiyi məlumata görə, yarım saata yaxındır ki, Həzi Aslanov - İçərişəhər, Həzi Aslanov – Dərnəgül xətti və əks istiqamətlər üzrə qatarların hərəkəti dayanıb.

Metroda sərnişin sıxlığı yaranıb. Stansiyanın növbətçi dispetçeri sərnişinlərə metroda nasazlıq yaranması barədə xəbərdarlıq edib.

Bakı Metropolitenindən isə hadisənin səbəblərini izah etmək istəməyiblər. Metropolitenin məlumat bürosundan bildirib ki, qatarların hərəkətində yaranan problem texniki nasazlıqla bağlıdır və artıq həll edilib.

AzNews.az