22:43
(077) 610-22-33

Avtomobillər toqquşdu - Ata və qızı öldü + Yenilənib

  • >
3 904 2 Oktyabr 2017 11:44 | Hadisə

Bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində iki “Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən 3 nəfərin və xəsarət alan 4 nəfərin adı məlum olub.

Şamaxı Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Bakı sakini, 1971-ci il təvəllüdlü Cəbiyev Elman Hüseyn oğlu, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini, 1976-cı il təvəllüdlü Soltiyev Teymur Bədirxan oğlu qəzada ölüb.

Bakı sakini, 1973-cü il təvəllüdlü Hüseynova Gülnarə Yolçu qızı, Ağsu rayon sakinləri - 1966-cı il təvəllüdlü İbrahimov İlqar Fərhad oğlu, 1973-cü il təvəllüdlü Babayev Elşən Muradxan oğlu və 1978-ci il təvəllüdlü Babayev Cavid Əlibaba oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı MRX-na yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

10:16

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az

Bağla X